Maska qadağası götürülə bilər - Teymur Musayev

10:00 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qapalı məkanlarda maska qadağasının götürülməsi ilə bağlı məsələyə baxılır.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, yoluxma sayları kəskin azalmaqdadır. Gündəlik hospitalizasiya sayları da sadə rəqəmlərlə ifadə olunur:

“Bütün bunlar nəzərə alınaraq məsələyə baxılır. Yəqin ki, müəyyən qərarlar veriləcək. Vətəndaşlarımızı səbrli olmağa çağırıram. 2 ildən ardıqdır davam edən pandemik marafon insanlarımızı normal həyatdan kifayət qədər uzaqlaşdırıb. Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın rəsmi qərarını gözləməyə çağırıram”.